Ukraynada dövlət hesabına təhsil alan azərbaycanlı yoxdur - Rəsmi

12:27 21.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda Ukraynada dövlət xətti ilə təhsil alan Azərbaycan Respublikası vətəndaşı yoxdur.

 

Bu barədə hafta.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, şəxsi vəsaiti və ya digər təqaüd proqramları hesabına təhsil alan tələbələr təhsillərini digər ölkələrdə davam etdirə, habelə yay aylarında transfer.edu.az xidməti aktivləşdirildikdə Azərbaycanda təhsillərini davam etdirmək üçün köçürülməyə müraciət edə bilərlər.

 

"Təhsil Nazirliyi yalnız dövlət hesabına təhsil alan tələbələrin qeydiyyatını aparmaqdadır. Şəxsi vəsaiti və ya digər təqaüd proqramları hesabına təhsil alanların ölkəyə giriş-çıxışı ilə bağlı məlumat Təhsil Nazirliyində mövcud deyil. Lakin, son dövrlər Ukraynadan geri dönmüş vətəndaşlarımızın Təhsil Nazirliyinə edilən fərdi müraciətləri qeydə alınır və aidiyyəti üzrə yönləndirilir",- nazirliyin yaydığı məlumatda qeyd olunub.